CREATIVE IDEA

Əlaqə

Telefon

+994 50 210 77 00
+994 55 264 77 88

Adres

Ağ Şəhər, Yaşıl ada küç. 2., Baku, Azerbaijan

HAQQIMIZDA

Fəaliyyət göstərdiyi 11 il ərzində şirkətimiz öz müştəriləri arasında diqqətli, həm də həssas bir partnyor etimadını qazanmışdır. Komandamız təcrübəli dizaynerlərdən, layihələrimizi eskizdən tam təhvilədək həyata keçirən memarlardan, yüksək ixtisaslı mühəndis və inşaatçılardan ibarətdir. Müştərilərimizin hər biri ilə yaratdığımız emosional əlaqələr isə bizə onların arzu və istəklərini incəliklərinədək öyrənməyə imkan yaradır ki, bu da komfortla interyer estetikasını özündə birləşdirən unikal layihələr yaratmaqda böyük rol oynayır.

Aydındır ki, dünyada artan ehtiyaclar, inkişaf edən texnologiya ilə birlikdə insanlar daha modern, daha keyfiyyətli və daha gözəl evlər, iş yerləri, ticarət mərkəzləri və s. ilə təmin olunmaq istəyirlər. Buna görə də biz sifarişçilərimizə geniş imkanlar, əlverişli şərtlər yaradaraq işimizi bu istiqamətdə inkişaf etdiririk. Bütün bunlara nail olmaq üçün şirkətimiz daim tikintinin müasir metodlarına, beynəlxalq standartlara yiyələnir və fəaliyyətində tətbiq edir. Məhz bunun nəticəsi olaraq "Creative IDEA Design & Construction" layihələri bütün parametrlərinə görə öz orijinallığı ilə seçilir və müasir tələblərə cavab verir.

Bizim rolumuz tarixi təcrübəmizdən, geniş resurslarımızdan və ixtisaslı komanda üzvlərimizdən istifadə edərək müştərinin vizyonunu uğurla reallığa çevirməkdir.

Təkrarolunmaz və həzin harmoniyanı özündə əks etdirən, müasirliyin bütün tələblərinə cavab verən bir mühitdə yaşamaq istəyirsinizsə bizə müraciət edin..